"Qarabağ" yeni transfer reallaşdırıb.
Fanat.Az-ın məlumatına görə, bu, Kipr “Omoniya”sının vingeri Jali Muaddibdir.
Ada klubunun baş meneceri Giorqos İrakleus yerli "Sport FM" radiosuna açıqlamasında 25 yaşlı oyunçunun Ağdam təmsilçisinə keçəcəyini təsdiqləyib: “Qarabağ”la Maddib razılığa gəliblər. O, aylar öncə bizə “Qarabağ”ın ona maraq göstərdiyini demişdi".
Cari mövsüm "Omoniya"nın heyətində ümumilikdə 31 matça çıxan cinah hücumçusu 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Jali Fransanın U-19 millisində 3 matça çıxaraq 1 qol vurmağa da imkan tapıb.
Muaddibin "Omoniya" ilə müqaviləsinin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulduğu üçün Azərbaycan təmsilçisi sözügedən oyunçunu azad agent qismində rənglərinə bağlayacaq.
Toğrul