AFFA prezidenti Rövşən Nəcəf Yüksək Liqada ardıcıl üçüncü dəfə ölkə çempionu olan “Neftçi”nin qadınlardan ibarət komandasını təbrik edib.
Arena.az xəbər verir ki, Rövşən Nəcəf bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Neftçi”nin qadınlardan ibarət komandası futbol üzrə Yüksək Liqada ardıcıl üçüncü dəfə ölkə çempionu olub”, – o bildirib və əlavə edib ki, sona 2 tur qalmış “Sumqayıt” üzərində 6:0 hesablı qələbə qazanaraq çempionluğu rəsmiləşdirən “ağ-qaralar” növbəti dəfə qadınlar arasında UEFA Çempionlar Liqasında iştirak hüququ əldə ediblər:
“Komandanın bütün kollektivini, məşqçilər heyətini və futbolçuları ürəkdən təbrik edirəm. Onlara UEFA Çempionlar Liqasında uğurlar və yeni qələbələr arzulayırıq!”
Qeyd edək ki, “Neftçi”nin qadınlardan ibarət komandası Yüksək Liqada ardıcıl üçüncü dəfə ölkə çempionu olub.
