RU

AAYDA-da kadr dəyişikliyi olub - FOTO

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) kadr dəyişikliyi olub.

Hafta.az xəbər verir ki, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb. Əmrə əsasən, qurumun “Azəryolelmitədqiqatlayihə” İnstitutunun direktoru Azər Nemətli vəzifəsindən azad olunub. 

Digər əmrlə o, agentliyin Layihələndirmə və texniki ekspertiza departementinin Texniki-iqtisadi əsaslandırma və texniki şərtlər şöbəsinin müdiri vəzifəsinə gətirilib. 

Xatırladaq ki, V.Nəsirli ötən ayın əvvəlində Xırdalan şəhərində yerləşən “Azəryolelmitədqiqatlayihə” İnstitutunda və onun tərkibində fəaliyyət göstərən Təcrübə-Sınaq Laboratoriyasında olub, onların fəaliyyətini nəzərdən keçirib./yenisabah.az/

Избранный
2
4
hafta.az

10Источники