RU

Paşinyandan növbəti Azərbaycan etirafı: Bundan sonra beynəlxalq silah bazarı üzümüzə açıldı 

 Ermənistan ordusu beynəlxalq müqavilələr əsasında həyata keçirilən sülhməramlı missiyalar istisna olmaqla, respublikanın sərhədlərindən kənarda istifadə edilməməlidir. 

Ölkə.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda hərbi paradda çıxışı zamanı deyib. 

Baş nazir qeyd edib ki, bugünkü paradda nümayiş etdirilən silahların əldə edilməsi məhz bu yanaşma sayəsində mümkün olub.

“2022-ci ilə qədər hərbi texnika və silahların xarici bazarları əsasən bağlı idi və ya Ermənistanın onlara çıxışı məhdud idi. Beynəlxalq tərəfdaşlar bizə silah verməkdən imtina etdilər, çünki onlar Ermənistanın onları beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda istifadə edəcəyinə əmin idilər. Yalnız Praqa razılaşmalarından, Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən bir-birinin ərazi bütövlüyünü tanıdıqdan sonra beynəlxalq silah bazarı İrəvana açıldı”, - Paşinyan vurğulayıb.

Paşinyan əlavə edib ki, bugünkü paradda yeddi ölkədə istehsal olunan silahlar nümayiş olunacaq. O, əmin edib ki, bu hərbi əməkdaşlığın coğrafiyası "Real Ermənistan" konsepsiyasına əsaslanan siyasətin nəticəsidir.

Paşinyan onu da  vurğulayıb ki, paradda həmçinin Ermənistanın özündə istehsal olunan texnika və silahlar da nümayiş olunur.

Mürtəza

Избранный
41
50
olke.az

10Источники