RU

Kişi boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb

Bakı, 1 iyun, AZƏRTAC

Kişi boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.

AZƏRTAC xəbər verir ki, Ravşan Xocayevin baş məşqçisi olduğu komanda təlim-məşq toplanışını Çimkənddə davam etdirəcək. 13 boksçunun cəlb olunduğu hazırlıq iyunun 12-də başa çatacaq. Toplanışda əsasən texniki-taktiki məşqlərə üstünlük veriləcək. Hazırlıq çərçivəsində sınaq döyüşləri də planlaşdırılır.

Qeyd edək ki, məşqlər Çində keçiriləcək Dünya kubokuna hazırlıq xarakteri daşıyır.

Избранный
41
5
azertag.az

10Источники