RU

Tacir Şahmalıoğlu Bakıdan köçür

Müğənni Tacir Şahmalıoğlu Bakıdan köçməyə hazırlaşır.

 

Milli.Az xəbər verir ki, sənətçi bu barədə özü "Bir gün" verilişində danışıb.

 

Sənətçi ən böyük arzusunu dilə gətirib:

 

"Sənətin pik nöqtəsindəyəm. Ona görə də şanslıyam. Amma həyatda şanslı deyiləm. Çünki atam, babam 1905-ci ildən Ağdama gəliblər. Dəfələrlə müharibədə olublar. 1988-ci ildən qaçqın düşdük, evimiz məhv oldu. Amma Prezident, şəhidlər və qazilər sayəsində Qarabağ qayıtdı. İtirdiyim Ağdam yoxdur, xarabalıq gördüm. İndi gözəlləşir. Biz də növbəti mərhələlərdə köçəcəyik. Bizim də evimiz var.

Bakıda evim var, amma Ağdamda yaşayacağam. Bu, arzumdur. Mənim arzum yurdumda yaşamaq, ağaclar əkməkdir. Ağdamda yaşamaq xoşbəxtlikdir, hər tərəf dağdır".

Tarix: 1 İyun 2026, 17:34   
Избранный
22
10
pravda.az

10Источники