Azərbaycanın kişi boksçulardan ibarət millisi Qazaxıstana yollanıb.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Ravşan Xocayevin baş məşqçisi olduğu komanda təlim-məşq toplanışını Çimkənddə davam etdirəcək.
13 boksçunun cəlb olunduğu hazırlıq iyunun 12-də başa çatacaq. Toplanışda əsasən texniki-taktiki məşqlərə üstünlük veriləcək. Hazırlıq çərçivəsində sınaq döyüşləri də planlaşdırılır.
Qeyd edək ki, məşqlər Çində keçiriləcək Dünya Kubokuna hazırlıq xarakteri daşıyır.
Kadetlər arasında zona birinciliklərinin final mərhələsi başlayır
Boksçularımız Gürcüstandan 12 medalla qayıdır
Boksçularımız “Heydər Əliyev Kuboku 2026” beynəlxalq turnirində 45 medal qazanıblar
"Heydər Əliyev kuboku-2026": 16 oğlan boksçumuz finalda mübarizə aparacaq
“Heydər Əliyev kuboku-2026": Qız boksçulardan ibarət millimiz 17 medalla komanda hesabında birinci olub