"Barselona" İspaniya Kubokunda mübarizəni dayandırıb. Futbolpress.az xəbər verir ki, Kataloniya təmsilçisi Bilbao "Atletik"inə məğlub olub (2:4) və turnirlə vidalaşıb. "Barselona"nın vingeri Lamin Yamal matçdan sonra paylaşım edib. 16 yaşlı hücumçu məğlubiyyətə görə üzr istəyib: "Meydanda mübarizə apardıq, hər şeyimizi qoyduq. Səhvlərə görə üzr istəyirik. İşləməyə davam etməliyik, başqa yol bilmirəm".