RU

"Bayer"dən yeni rekord

style='margin-bottom:10px;'>

"Qarabağ"ın Avropa Liqasının 1/8 finalındakı rəqibi "Bayer" yeni rekorda imza atıb.

QOL.az "Opta"ya istinadən xəbər verir ki, komanda Bundesliqanın 23-cü turunda "Mants"a 2:1 hesabı ilə qalib gələrək buna nail olub. Bununla da Leverkuzen təmsilçi bütün turnirlərdə uduzmadığı ardıcıl matçların sayını 33-ə çatdırıb. "Bayer" Bavariya"nı (32 oyun) geridə qoyaraq bu göstəricidə yeni rekorda imza atıb.

Bu mövsüm Xabi Alonsonun baş məşqçisi olduğu komanda bir dəfə uduzmadan 29 qələbə qazanıb və 4 dəfə heç-heçə edib.

Almaniya çempionatının 23 turundan sonra "Bayer" 61 xalla 1-ci pillədə qərarlaşıb.

Избранный
347
50
teleqraf.com

10Источники