RU

“Böyük Dəbilqə”: Leyla Əliyeva Əbu-Dabidə “bürünc” qazandı

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib.

Arena.az xəbər verir ki, turnirin ilk günündə Azərbaycanın 8 cüdoçusu medallar uğrunda mübarizə aparıb.

Kişilər arasında Rövşən Əliyev və Əhməd Yusifov (hər ikisi -60 kq), Kəramət Hüseynov və Ruslan Paşayev (hər ikisi -66 kq) qüvvəsini sınayıb. Qadınlar arasında isə Leyla Əliyeva (-48 kq), Gültac Məmmədəliyeva və Aydan Vəliyeva (hər ikisi -52 kq) və Fidan Əlizadə (57 kq) mübarizəyə qoşulublar.

Təəssüf ki, onlardan əksərinin çıxışı uğursuz alınıb. Ruslan Paşayev (66 kq) və Leyla Əliyeva (48 kq) yarımfinalda uduzsalar da, medal qazanmaq şansı əldə ediblər. Onlar həlledici qarşılaşmada müvafiq olaraq Birləşmiş Ərəb Əmirliklərindən olan Narmanda Bayanmun və italiyalı Françeska Milani ilə görüşüblər. Ruslan Paşayev bürünc medal uğrunda görüşdə uduzub. Leyla Əliyeva isə Françeska Milanini ipponla məğlub edərək yarışın bürünc medalını qazanıb.

Qeyd edək ki, Azərbaycan Əbu-Dabidəki “Böyük Dəbilq”ə turnirində 14 cüdoçu ilə təmsil olunur. Turnir oktyabrın 26-da başa çatacaq.

Избранный
329
1
arena.az

10Источники