Bu gün İngiltərə Premyer Liqasında Mançester derbisi keçiriləcək.
Publika.az xəbər verir ki, "Mançester Yunayted" son çempion "Mançester Siti"ni qəbul edəcək.
“Old Trafford”dakı qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlanacaq.
"Qırmızı şeytanlar"da Amad Diallo, Teyrell Malasia, Lisandro Martines, Lyuk Şou, "şəhərlilər"də isə Manuel Akanji və Kevin De Bruyne zədə səbəbindən görüşü buraxacaq.