
ABŞ-ın Avropa Komandanlığı noyabrın 10-da hərbi təlim çərçivəsində Aralıq dənizinə düşən təyyarə ilə bağlı açıqlama yayıb.
Reyting.az xarici mətbuata istinadla xəbər verir ki, açıqlamada noyabrın 10-da hərbi təlim çərçivəsində havada yanacaq doldurma zamanı təyyarədə qəza yarandığını və bu səbəbdən Aralıq dənizinə düşməsi təsdiqlənib: "ABŞ-a məxsus hərbi təyyarəhərbi təlim çərçivəsində havada yanacaq doldurma missiyası zamanı Aralıq dənizinə düşüb. Təyyarədə olan 5 hərbçinin hamısı həlak olub".
Komandanlıq təyyarənin vurulmadığını xüsusilə vurğulayıb: "Əlbəttə, hadisənin səbəbi araşdırılır. Ancaq dəqiqliklə diqqətə çatdırırıq ki, təyyarə hər hansı bir düşmən tərəfindən vurulmayıb".
Xatırladaq ki, HƏMAS oktyabrın 7-də İsrailə qəfil hücumundan sonra ABŞ Aralıq dənizinin şərqionə iki nəhəng təyyarədaşıyan savaş gəmisi göndərib. Bununla yanaşı, Amerika dənizdə hərbi təlimə başlayıb.
E.ARAZ
Reyting.az