PSJ-nin vingeri Bredli Barkola karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
Mənbəyə görə, 22 yaşlı futbolçu ilə “Nyukasl”, “Arsenal” və “Tottenhem” maraqlanır. Hər üç klub yay transfer dönəmində hücum xəttini gücləndirmək üçün fransalının potensial transferini dəyərləndirir.
Paris təmsilçisi oyunçunun satışı üçün təxminən 50 milyon avroluq təklif alacağı təqdirdə onunla yollarını ayıra bilər. Gənc vinger əsas heyətdə stabil yer tapa bilmədiyi üçün transferə müsbət yanaşa bilər.
Bu mövsüm hücumçu bütün yarışlarda 57 matçda meydana çıxıb, 21 qol vurub və 18 məhsuldar ötürmə edib. Barkolanın PSJ ilə hazırkı müqaviləsi 2028-ci ilin ortalarına qədər qüvvədədir. Transfermarkt mütəxəssisləri futbolçunun dəyərini 70 milyon avro qiymətləndirir.