İsrailin baş naziri Benyamin Netanyahu ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olacaq.
Vətəninfo.az xəbər verir ki , bu barədə Ynet məlumat yayıb. Mənbənin sözlərinə görə, söhbətin əsas mövzuları Vaşinqton və Tehran arasında İranın nüvə proqramı ilə bağlı razılığın əldə olunması üçün aparılan danışıqlar fonunda İran məsələsi, eləcə də HƏMAS-ın əlində saxlanılan israilli girovlarla bağlı vəziyyət olacaq.