Etirazların yatırılması məqsədilə Los-Anceles şəhərində iki minə yaxın milli qvardiya əsgəri yerləşdirilib. ABŞ Müdafiə Nazirliyi də şəhərə təqribən 700 dəniz piyadası göndərib. ABŞ-nin daxili təhlükəsizlik katibi Kristi Noem "Fox News" telekanalına açıqlamasında belə bir iddia irəli sürüb ki, Los-Ancelesdəki aksiyalarda "muzdlu təxribatçılar" aşkarlanıb.
![]() |
Los-Ancelesdə iğtişaşlar qızışıb- VİDEO |
Xatırladaq ki, ABŞ-də aksiyalar iyunun 6-da ABŞ İmmiqrasiya və Gömrük Mühafizə İdarəsinin qanunsuz mühacirlərin deportasiyasına etiraz məqsədilə başlayıb. ABŞ Prezidenti Donald Tramp nümayişlərin yatırılması üçün xüsusi tapşırıq verib.
Firudin Həmidli
AzVision.az