RU

ABŞ-də kütləvi etirazlar daha da şiddətlənib

"Axios" xəbər saytının yaydığı məlumata görə, etirazçılardan ən azı 20-si Nyu-York şəhərində yerləşən "Trump Tower" göydələninin yaxınlığında saxlanılıb. CNN telekanalının xəbərində isə vurğulanır ki, yerli polis San-Fransiskoda azı 150 nəfəri həbsə alıb. Eyni zamanda, Atlanta, Sietl, Dallas, Luisvil və başqa şəhərlərdə də kütləvi aksiyalar keçirilir.

Etirazların yatırılması məqsədilə Los-Anceles şəhərində iki minə yaxın milli qvardiya əsgəri yerləşdirilib. ABŞ Müdafiə Nazirliyi də şəhərə təqribən 700 dəniz piyadası göndərib. ABŞ-nin daxili təhlükəsizlik katibi Kristi Noem "Fox News" telekanalına açıqlamasında belə bir iddia irəli sürüb ki, Los-Ancelesdəki aksiyalarda "muzdlu təxribatçılar" aşkarlanıb.
Los-Ancelesdə iğtişaşlar qızışıb- VİDEO

Xatırladaq ki, ABŞ-də aksiyalar iyunun 6-da ABŞ İmmiqrasiya və Gömrük Mühafizə İdarəsinin qanunsuz mühacirlərin deportasiyasına etiraz məqsədilə başlayıb. ABŞ Prezidenti Donald Tramp nümayişlərin yatırılması üçün xüsusi tapşırıq verib.

Firudin Həmidli
AzVision.az
Избранный
90
50
azvision.az

10Источники