AZ

KİV: İsrail və HƏMAS atəşkəs razılaşmasına yaxınlaşıblar

ABŞ rəsmilərinə görə, İsrail ilə Fələstin hərəkatı HƏMAS arasında Qəzza zolağında yeni atəşkəs razılaşmasına doğru əhəmiyyətli irəliləyiş müşahidə olunur.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ administrasiyasındakı yüksək vəzifəli bir mənbəyə istinadla məlumat yayıb.
“Bu həftə razılaşma gözləmirik, amma irəliləyiş var və razılaşmaya əvvəl düşündüyümüzdən daha yaxınıq”, – amerikalı rəsmi bildirib.
Xatırladaq ki, İsrail martın 18-də yanvar ayında əldə olunmuş atəşkəsi pozaraq, Qəzzada döyüş əməliyyatlarını bərpa edib.
Seçilən
83
50
sherg.az

10Mənbələr