"Rusiyanın zərbələri ABŞ-ın və dünyanın digər ölkələrinin Rusiyanı sülhə məcbur etmək cəhdlərindən daha güclüdür. Artıq bir neçə gecədir ki, atəşkəs əvəzinə qanadlı raketlər və ballistika ilə kütləvi zərbələr endirilir".
Herbiand.az xəbər verir ki, bunu öz sosial şəbəkə hesabında Ukrayna Prezidenti Vladimir Zelenski yazıb. Zelenski bu gecə Kiyevə olan hücumu “ən böyük hücumlardan biri” adlandırıb.