BAKI, 10 iyun. TELEQRAF
Fələstin Prezidenti Mahmud Abbas HƏMAS Hərəkatının tərksilah edilməsini dəstəklədiyini təsdiqləyib.
Teleqraf xəbər verir ki, Fələstin lideri Fransa Prezidenti Emmanuel Makrona məktubunda HƏMAS-ın Qəzza zolağının idarə edilməsində yer almaması fikrini dəstəklədiyini bildirib.
M.Abbas həmçinin Fələstin administrasiyasının Qəzzada sabitliyi təmin etmək üçün ərəb ölkələri və beynəlxalq qüvvələrin yaradılması ideyasını dəstəklədiyini qeyd edib.
Bundan əlavə, Fransa Prezidentinə məktubda HƏMAS-ın 2023-cü il oktyabrın 7-də Qəzzadan İsrailin yaşayış məntəqələri və hərbi bazalarına başlatdığı hücum “qəbuledilməz” olaraq vurğulanıb.