İsveçli ekofəal Qreta Tunberq və daha üç nəfər İsraildən deportasiya edilib.
Axar.az xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyi X səhifəsində Tunberqin təyyarədə olan fotosunu paylaşaraq, onun Fransaya göndərildiyini paylaşıb.
Qeyd edək ki, İsrail ordusu Qəzzaya doğru üzən, göyərtəsində ekofəal Qreta Tunberqin də olduğu “Madlin” gəmisini saxlamışdı.