Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen İsrailin Prezidenti İsxak Hersoq ilə telefon danışığında münaqişə tərəflərini deeskalasiyaya çağırıb.
“Report” xəbər verir ki, bu barədə avropalı siyasətçi
“Yaxın Şərqdə gərginləşən vəziyyətlə bağlı Prezident İsxak Hersoq ilə danışdım”, – o qeyd edib.
Von der Lyayen telefon danışığında “İsrailin özünümüdafiə və öz xalqını qorumaq hüququnu bir daha vurğuladığını” bildirib, eyni zamanda “regional sabitliyin qorunmasının vacibliyinə” diqqət çəkib.
“Bütün tərəfləri maksimum təmkinlə hərəkət etməyə və vəziyyətin gərginliyini azaltmaq üçün çalışmağa çağırıram”, – o yazıb.