AZ

 Avtomobillər toqquşdu: 5 nəfər...

Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, hadisə Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-21015" markalı nəqliyyat vasitəsi "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Dərhal əraziyə 3 təcili yardım avtomobili və həkim briqadası cəlb olunub. Qəza nəticəsində xəsarət alan 5 nəfər şəxs Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib, müalicələri müvafiq şöbədə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
17
9
bakivaxti.az

10Mənbələr