AZ

Lənkəranda ağır qəza: 5 nəfər xəsarət aldı – FOTO

Lənkəran rayonunun Kərgəlan kəndi yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, "VAZ-21015" markalı avtomobil hərəkətdə olarkən "VAZ-2106" markalı digər nəqliyyat vasitəsi ilə toqquşub.
 

Hadisə baş verən kimi əraziyə üç təcili tibbi yardım maşını və həkim briqadası cəlb olunub.


Qəza nəticəsində beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə aparılıb. Onlara ilkin tibbi müdaxilə edilib və hazırda müalicələri davam etdirilir.

Baş verən qəza ilə bağlı araşdırma aparılır.







Sabutay, Bizim.Media, Cənub bürosu
 

Seçilən
10
8
bizim.media

10Mənbələr