AZ

Lənkəranda qəza - 5 nəfər xəsarət aldı

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "VAZ-21015" markalı nəqliyyat vasitəsi "VAZ-2106" ilə toqquşub. Dərhal əraziyə 3 təcili yardım avtomobili və həkim briqadası cəlb olunub. Qəza nəticəsində xəsarət alan 5 nəfər şəxs Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib, müalicələri müvafiq şöbədə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Seçilən
33
9
unikal.az

10Mənbələr