Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Lənkəranın Kərgəlan kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "VAZ-21015" markalı nəqliyyat vasitəsi "VAZ-2106" markalı nəqliyyat vasitəsilə toqquşub. Dərhal əraziyə 3 təcili yardım avtomobili və həkim briqadası cəlb olunub. Qəza nəticəsində xəsarət alan 5 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Yaralılara zəruri ilkin tibbi yardım göstərilib, müalicələri müvafiq şöbədə davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.