Qazaxıstanın Atrau şəhərində "Airom Cup" beynəlxalq basketbol turnirinə start verilib.
Offsideplus.az xəbər verir ki, yarışda 14 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan milli komandası da iştirak edir.
Polad Həsənovun rəhbərlik etdiyi kollektiv ilk görüşdə Qırğızıstanın "Edelveys" klubunu 94:13 hesabı ilə məğlub edib.
Yeniyetmə basketbolçularımızın növbəti rəqibləri Qazaxıstanın "Ayrom", Gürcüstanın "Kutaisi", Rusiyanın "Devon" və "Axtuba" komandaları olacaq.
İyunun 22-dək davam edəcək turnirin qalibi dairəvi sistemlə keçirilən oyunlardan sonra müəyyənləşəcək.