Kəskin qastroenterit diaqnozu ilə xəstəxanadan buraxılan "Real Madrid"in hücumçusu Kilian Mbappenin vəziyyəti yaxşılaşıb.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə klubun baş məşqçisi Xabi Alonso məlumat verib.
"O, indi daha yaxşıdır, xəstəxanadan qayıdıb və sağalıb. Onun "Zalsburq"la oyununa hazır olacağına ümid edirik", - Alonso bildirib.
26 yaşlı fransız klublararası dünya çempionatında iştirak etməli olduğu klubla birlikdə ABŞ-dadır. Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə ilk tur matçında (1:1) Mbappe soyuqdəymə səbəbindən meydana çıxmayıb.