AZ

“Tesla” robotaksiləri işə saldı


Amerikanın “Tesla” korporasiyası məhdud sayda istifadəçi üçün robotaksi xidmətini istifadəyə verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “İnsider” nəşri məlumat yayıb.
İlk səfərlər 22 iyun bazar günü baş tutub. Xidmət hazırda yalnız Texas ştatının Ostin şəhərində mövcuddur.
Robotaksi xidməti əvvəllər yeni nəqliyyat növünü sınamaq arzusunu bildirmiş kiçik istifadəçi qrupu üçün məhdud rejimdə işləyir.
İlkin mərhələdə “Tesla” robotaksisində gedişin qiyməti sabit olacaq - 4,20 dollar.
Şirkətin rəhbəri İlon Maskın sözlərinə görə, robotaksi xidmətinə cəlb olunan avtomobillər yenidir və xüsusi olaraq sərnişin daşımaları üçün konfiqurasiya edilib.
Mask vurğulayıb ki, istənilən “Tesla” elektrik avtomobili taksi kimi istifadə oluna biləcək şəkildə konfiqurasiya edilə bilər.
Seçilən
41
18
yeniavaz.com

10Mənbələr