AZ

“Xətai Təchizat “ASC-nin vəziyyəti - MƏLUM OLDU - HESABAT

“Xətai Təchizat “ASC-nin 2024-cü il dekabrın 31-nə maliyyə vəziyyəti haqqında hesabatını açıqlayıb.

FED.az xəbər verir ki, 2024-cü ili şirkət xeyrinə dəyişə bilib

Satışdan gəlirlər 266,4 milyon manata çatıb ki, bu da illik müqayisədə 28,6 milyon manatlıq (12,0%) artım deməkdir.

Əməliyyat xərcləri də 265,2 milyon manata yüksəlsə də, gəlirlərdən daha yavaş (7,2%) artıb.

Bu müsbət dinamika sayəsində şirkət ötən ilki 9,6 milyon manatlıq əməliyyat zərərinin əksinə olaraq, 2024-cü ildə 1,2 milyon manat əməliyyat mənfəəti əldə edib.

Mənfəət yarandığı üçün 237,6 min manatlıq vergi xərci hesablandıqdan sonra, şirkət ili 950,6 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilki 9,6 milyon manatlıq xalis zərərlə müqayisədə 10,5 milyon manatlıq bir yaxşılaşmadır.

 

“Xətai“Xətai
Seçilən
78
19
fed.az

10Mənbələr