Tikinti mareriallarının (əsasən Norm sement məhsullarının) satışını təşkil eddən “Konstromat” şirkəti 2024-cü ili 4 milyon 409 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 4 milyon 374 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Konstromat” şirkətinin xalis mənfəəti 35 min manat azalıb.
Marja.az xəbər verir ki, “Konstromat” şirkətinin satışdan gəliri 2023-cü ilddə 36 milyon 317 min manat ikən, 2024-cü ildə 38 milyon 17 min manata yüksəlib (1 milyon 700 min manat və ya 4,7% artıb). Gəlir ilə bərabər satışın maya dəyəri üzrə xərclər də artıdığından gəlirdəki artım mənfəətdə əks olunmayıb.
Qeyd edək ki, “Konstromat” ASC 2013-cü ildə fəaliyyətə başlayıb.f