AZ

“Azərişıq” ASC-nin elektrik enerjisi satışından gəliri 5.62% artıb

BAKI, 4 iyul. TELEQRAF

2024-cü ildə “Azərişıq” ASC-nin elektrik enerjisi satışından əldə etdiyi gəlir 5.62% artıb.

Teleqraf xəbər verir ki, ötən il “Azərişıq” ASC-də elektrik enerjisinin satışının maya dəyəri 1 milyon 471 min 140 manat təşkil edib. Qurumun satışdan əldə etdiyi gəlir 1 milyon 710 min 402 manat, xalis mənfəəti isə 239 min 262 manat olub.

Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə “Azərişıq” ASC-nin elektrik enerjisinin satışının maya dəyəri 1 milyon 379 min 874 manat, gəliri isə 1 milyon 619 min 371 manat olmuşdu. Həmin dövrdə şirkət 239 min 497 manat mənfəət əldə etmişdi. 2023-cü illə müqayisədə 2024-cü ildə şirkətin mənfəəti 0,1% azalıb, gəliri isə 5.62% artıb.

Qeyd edək ki, 2021-ci ilin noyabrında elektrik enerjisinə görə diferensial tariflər tətbiq edilib. Bu dəyişikliklərə əsasən, ay ərzində 200 kilovat-saata qədər (200 kilovat-saata daxil olmaqla) enerji istehlak edən əhali üçün tarif hər kilovat-saata görə 8 qəpik, 200–300 kilovat-saat aralığında istehlak üçün 9 qəpik, 300 kilovat-saatdan artıq enerji sərfiyyatı üçün isə hər kilovat-saata görə 13 qəpik müəyyən edilib.

Seçilən
10
19
teleqraf.com

10Mənbələr