AZ

1 milyard 731 milyon manat gəlirdən cəmi 15,5 milyon manat xalis mənfəət qalıb

"Azərişıq" ASC 2024-cü ili 15 milyon 553 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 14 milyon 728 min manat xalis mənfəət ilə bağlamışdı.

Marja.az "Azərişıq" ASC-nin 31 dekabr 2024-cü il tarixində tamamlanan il üzrə Konsolidə edilmiş Maliyyə Hesabatlarına istinaən xəbər verir ki, Şirkətin xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 825 min manat və ya 5,6% artıb.

"Azərişıq" şirkətininin satışdan gəlirləri 2023-cü ildə 1 milyard 619 milyon 371 min manat ikən, 2024-cü ildə 1 milyard 710 miylon 402 min manata yüksəlib (91 milyon 31 min manat və ya 5,6% artıb). Həmçinin ötən il 21 milyon 129 min manat sair gəlirlər də əldə edib. 

31 dekabr 2024-cü il tarixində "Azərişıq" ASC 3 milyard 620 milyon 686 min manat cəmi aktivlərə malik olub. 

Seçilən
3
4
marja.az

10Mənbələr