Litvanın paytaxtı Vilnüsdə 20 yaşadək çimərlik voleybolçuları arasında təşkil olunan Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında qızlardan və oğlanlardan ibarət Azərbaycan milli  komandaları uğurla çıxış edərək 1/4 finala vəsiqə qazanıblar.

Offsideplus.az xəbər verir ki, ölkəmiz turnirdə iki qız və iki oğlan cütü ilə təmsil olunur.

Oğlanların mübarizəsində İbrahim Məmmədov və Muhəmməd Aslanlı cütü 2:0 hesabı ilə Ermənistan komandasına qalib gələrək 1/4 finala vəsiqəni təmin edib.

Xədicə Hadızadə və Cəmilə Bəşirova cütü isə ilkin mərhələdə Gürcüstanı üstələyib - 2:1.

Sabah qızlarımız 1/4 finalda ev sahibləri ilə üz-üzə gələcəklər.

Yarışa iyunun 29-da yekun vurulacaq.

İlk üç pilləni tutan komandalar Avropa çempionatına vəsiqə qazanacaqlar.