Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama matçını keçirib.
Offsideplus.az xəbər verir ki, Siyasət Əsgərovun yetirmələri paytaxt Minskdə yerli komandaya uduzublar.
Üç gün öncə keçirilən qarşılaşmada da yığmamız məğlubiyyət acısı dadmışdı (0:3).
Yoldaşlıq görüşü
1 iyul
Belarus - Azərbaycan 2:0
Anastasiya Linnik, 49; Anastasiya Şlapakova, 67
Baş hakim: Vera Opeykina (Rusiya)
Minsk, "Traktor" stadionu