Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” heyətini gücləndirib.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi braziliyalı hücumçu Andre Klovislə anlaşıb.
Futbolçu ötən mövsümü Portuqaliyanın 2-ci liqasında çıxış edən “Akademiko Viseu” klubunda çıxış edib. Tərəflər arasındakı bir müddətdir davam edən danışıqların müsbət nəticələndiyi bildirilir.
27 yaşlı forvard “Qarabağ”ın Avstriya toplanışında komandaya qoşulacaq.
Klovis ötən mövsüm Portuqaliya liqasında 33 oyun keçirib. O, bu görüşlərdə 7 dəfə fərqlənib, 5 məhsuldar ötürmə verib.
Braziliyalı hücumçu karyerası ərzində Portuqaliyanın “Eştoril”, ölkəsinin “İnter” kimi klublarında çıxış edib.
Fərid Nəsibov