AZ

“Qarabağ” Portuqaliyadan hücumçu TRANSFER EDİR

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” heyətini gücləndirib.

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi braziliyalı hücumçu Andre Klovislə anlaşıb.

Futbolçu ötən mövsümü Portuqaliyanın 2-ci liqasında çıxış edən “Akademiko Viseu” klubunda çıxış edib.
 

Tərəflər arasında bir müddətdir davam edən danışıqların müsbət nəticələndiyi bildirilir. 27 yaşlı forvard “Qarabağ”ın Avstriya toplanışında komandaya qoşulacaq. Klovis ötən mövsüm Portuqaliya liqasında 33 oyun keçirib. O, bu görüşlərdə 7 dəfə fərqlənib, 5 məhsuldar ötürmə verib.


Qeyd edək ki, braziliyalı hücumçu karyerası ərzində Portuqaliyanın “Eştoril”, ölkəsinin “İnter” kimi klublarında çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
7
2
bizim.media

10Mənbələr