AZ

Özbəkistanla iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində sənədlər imzalanıb

“Özbəkistanın investisiya, sənaye və ticarət naziri, həmkarım Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan biznes nümayəndələri ilə görüş çərçivəsində iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalandı”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib. Nazir vurğulayıb ki, sənaye, tikinti, istehsal, infrastrukturun təkmilləşdirilməsi kimi sahələrdə birgə fəaliyyətin təşkilini əhatə edən bu sənədlərin icrası biznes subyektləri arasında əməkdaşlığı və iqtisadi-ticarət əlaqələrini gücləndirəcək.

Seçilən
0
13
vergiler.az

10Mənbələr