Bakı. Trend:
İqtisadiyyat Nazirliyində keçirilmiş tədbirdə Özbəkistanlasənaye, tikinti, istehsal, infrastrukturun təkmilləşdirilməsi kimisahələrdə əməkdaşlığa dair sənədlər imzalanıb.
Nazirlikdən Trend-ə verilənməlumata görə, Azərbaycanda səfərdə olan Özbəkistan biznesnümayəndələri ilə görüş çərçivəsində iqtisadi tərəfdaşlığınşaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb. Bununlaəlaqədar İqtisadiyyat Nazirliyində keçirilən tədbirdə iqtisadiyyatnaziri Mikayıl Cabbarov, Özbəkistanın investisiya, sənaye vəticarət naziri Laziz Kudratov və hər iki ölkənin işgüzardairələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Özbəkistan Respublikasının İnvestisiya, Sənaye vəTicarət Nazirliyi ilə "Mətanət A" və "TuranAz" şirkətləri arasındaəməkdaşlığa dair sənədlər imzalanıb. Sənədlər müvafiq olaraq, qurutikinti qarışıqları, gipsokarton istehsalı və Özbəkistanın Namanqanşəhərində yaşayış evlərinin tikintisi layihələrini əhatə edir.
Bununla yanaşı, Azərbaycan və Özbəkistan şirkətləri südməhsullarının istehsalı üzrə sənədlər imzalayıb. Sənədlər"Panamilk" və "Atena", “Jizzax Organic” və "Milla Dairy" şirkətləriarasında imzalanıb.
Tədbirdə, həmçinin Özbəkistanın “Havas Holding” və Azərbaycanın"RJ CHEMICAL CO" şirkətləri arasında məişət məhsulları (kimya)istehsalı və satışı üzrə tərəfdaşlığa, Özbəkistanın “Uzeltexsanoat”Assosiasiyası ilə Azərbaycanın "STP Global Cable" şirkəti arasındayüksək gərginlikli kabellər istehsalı layihəsi üzrə əməkdaşlığadair sənədlər imzalanıb.
Sənaye, tikinti, istehsal, infrastrukturun təkmilləşdirilməsikimi sahələrdə birgə fəaliyyətin təşkilini əhatə edən bu sənədlərinicrası biznes subyektləri arasında əməkdaşlığı və iqtisadi-ticarətəlaqələrini stimullaşdıracaq.