AZ

Özbəkistanla iqtisadi tərəfdaşlığın şaxələndirilməsi üzrə sənədlər imzalandı

BAKI, 1 iyul. TELEQRAF

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratovun rəhbərliyi ilə Azərbaycanda səfərdə olan biznes nümayəndələri ilə görüşü çərçivəsində iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.

Teleqraf xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, sənaye, tikinti, istehsal, infrastrukturun təkmilləşdirilməsi kimi sahələrdə birgə fəaliyyətin təşkilini əhatə edən bu sənədlərin icrası biznes subyektləri arasında əməkdaşlığı və iqtisadi-ticarət əlaqələrini gücləndirəcək.

Seçilən
0
22
teleqraf.com

10Mənbələr