İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın investisiya, sənaye və ticarət naziri, həmkarım Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan biznes nümayəndələri ilə görüşüb.
Far.Az xəbər verir ki, bu barədə nazir öz "X" hesabında paylaşım edib.
"Çərçivəsində iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalandı. Sənaye, tikinti, istehsal, infrastrukturun təkmilləşdirilməsi kimi sahələrdə birgə fəaliyyətin təşkilini əhatə edən bu sənədlərin icrası biznes subyektləri arasında əməkdaşlığı və ticarət-iqtisadi əlaqələrini gücləndirəcək".