“Zirə” klubu yeni transferini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Qartallar” “Sumqayıt”dan ayrılan Rövlan Muradovu heyətinə qatıb. Onunla “2+1” illik müqavilə imzalanıb.
27 yaşlı futbolçu karyerası ərzində “Qəbələ” və “Slaviya B” komandalarının da formasını geyinib.