Amerika prezidenti Donald Tramp hesab edir ki, Birləşmiş Ştatlar və Hindistan bir həftə ərzində ikitərəfli ticarət şərtləri barədə razılığa gəlməyə qadirdir.
Operativ Media xəbər verir ki, ABŞ lideri jurnalistlərin Vaşinqtonun yaxın 7 gün ərzində hansı ticarət sövdələşmələrini elan edə biləcəyi ilə bağlı sualını cavablandırarkən deyib:
"Düşünürəm ki, Hindistanla anlaşmamız olacaq. Bu mümkündür. Bu, fərqli bir sövdələşmə olacaq, bu, daxil olub rəqabət apara biləcəyimiz bir razılaşma olacaq. Hindistan hazırda heç kimin içəri girməsinə icazə vermir", - Ağ Ev rəhbəri deyib.
"Düşünürəm ki, Hindistan bunu edəcək. Əgər onlar bunu etsələr, daha aşağı tariflərə malik olan bir razılaşma əldə edəcəyik", - Tramp əlavə edib.