AZ

Amina Mohammed: Oktyabrda BMT çərçivəsində qadınlarla bağlı forum keçiriləcək

ain.az, Azertag portalına istinadən məlumat verir.

Laçın, 2 iyul, AZƏRTAC

Laçında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Qadınlar Forumu sadəcə görüş deyil, bu, bir dialoq, sizin tərəfinizdən verilən bəyanatdır. Ötən il Bakıda keçirilən COP29 qlobal səviyyədə irəli atılan bir addım idi. Həmin tədbirdə qeyd edildi ki, bizim trilyonlarla dollar vəsaitə ehtiyacımız var. Həmin vəsaitlər artıq müəyyən dərəcədə ayrılıb. Bu, həmçinin milli səviyyədə müəyyən olunmuş Töhfələr Sənədinin də dövlət tərəfindən hazırlanmasına və inklüziv yanaşmaya təkan verilməsinə şərait yaradıb.

AZƏRTAC-ın Laçına ezam olunmuş müxbiri xəbər verir ki, bunu BMT Baş katibinin müavini, təşkilatın Dayanıqlı İnkişaf Qrupunun sədri Amina Mohammed ECO-nun Qadınlar Forumuna ünvanladığı videomüraciətdə deyib.

"Qadınlar innovasiya və yaşıl iqtisadiyyatda vacib rol oynamalı, təhsilə transformasiya etməli, öz ölkələrində aparıcı qüvvə olmalıdırlar. Bu, bizim üçün prioritetdir. Əgər cəmiyyətdə dəyişikliklərə nail olmaq istəyirsinizsə, qadınların təhsilə çıxışı təmin edilməlidir. Onlar dövlət xidmətlərində, özəl sektor və sahibkarlıqda da fəal olmalıdırlar. Çünki qadınlar gələcəyi formalaşdırırlar. Gender bərabərliyinin təmin edilməsi vacibdir. Ötən ilin sentyabrında BMT çərçivəsində bununla bağlı xüsusi sənəd qəbul etmişik. Sənəd qadınların dayanıqlı inkişafının təmin olunmasındakı rolundan bəhs edir. Bu ilin oktyabr ayında BMT çərçivəsində növbəti forum keçiriləcək. Bu, bizim aramızda həmrəyliyin təzahürü olacaq. Biz transformativ dəyişikliklərə birlikdə nail olacağıq. Birgə bu məsələnin öhdəsindən gələ, daha inklüziv və ədalətli cəmiyyət qura bilərik. Göstərdiyiniz rəhbərlik keyfiyyətlərinə görə minnətdaram", - deyə A.Mohammed bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
12
azertag.az

10Mənbələr