AZ

Azərbaycanın yunan-Roma güləşi millisi Avropa ikincisi olub

Azərbaycanın yunan-Roma güləşi millisi İtaliyanın Kaorle şəhərində keçiriən U-20 Avropa çempionatında ikinci olub.

Komanda yarışı 1 qızıl, 3 gümüş, 2 bürünc medalla başa vurub.

129 xal toplayan milli komanda hesabında Avropa ikincisi olub. Yığma çempion Gürcüstandan cəmi 6 xal geri qalıb. İlk “3-lük”də yer alan Ukrayna da 129 xal toplayıb. Ancaq medalların əyarına görə millimiz öndə yer alıb.

Qeyd edək ki, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Ayxan Cavadov (60 kq) qızıl, Turan Daşdəmirov (55 kq), Tural Əhmədov (63 kq) və Davud Məmmədov (77 kq) gümüş, Fəraim Mustafayevlə (67 kq) Elmin Əliyev (82 kq) isə bürünc medal qazanıb.

Seçilən
18
50
cbcsport.az

10Mənbələr