AZ

Ayxan Cavadov Avropa çempionu olub

İtaliyanın Kaorle şəhərində keçiriən U-20 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

Azərbaycan təmsilçisi Ayxan Cavadov Avropa çempionatının qızıl medalını qazanıb. O, 60 kq çəki dərəcəsində ən yüksək pilləyə qalxıb.

Final görüşündə Cavadov isveçli Adam Silverdən güclü olub və ilk xal prinsipinə əsasən (1:1) qalib gəlib.

Fəraim Mustafayev türkiyəli güləşçi Abdulla Kəskinin müqavimətini qıraraq Azərbaycan yığmasına bürünc medal gətirib.

Elmin Əliyev də Serbiya idmançısı Oqnen Yakovljeviçi məğlub edərək bürünc medala sahib olub.

Qeyd edək ki, ötən gün Azərbaycanın gənc idmançıları müxtəlif çəki dərəcələrində Avropa çempionatının üç gümüş medalını qazanıblar.

Millimiz 1 qızıl, 3 gümüş, 2 bürünc medalla 129 xal toplayıb və komanda hesabında Avropa ikincisi olub.

Yığmamız çempion olan Gürcüstandan cəmi 6 xal geri qalıb. İlk “3-lük”də yer alan Ukrayna da 129 xal toplayıb. Ancaq medalların əyarına görə, millimiz öndə yer alıb.

Almaz Həsənli

Seçilən
16
50
oxumeni.az

10Mənbələr