ABŞ Prezidenti Donald Tramp hava hücumundan müdafiə sahəsində Ukraynaya dəstək vermək istədiyini açıqlayıb.
Bu barədə "Report" "Axios"-a istinadən xəbər verir.
“Prezident Tramp cümə günü Ukrayna prezidentinə telefon danışığında bildirib ki, ABŞ Rusiya hücumlarının artması fonunda Ukraynaya hava hücumundan müdafiə sahəsində kömək etmək istəyir”, – qəzet məlumatlı mənbələrə istinadən yazır.
Məlumata görə, prezidentlər Ukraynanın hava hücumundan müdafiə sistemlərinə ehtiyaclarını müzakirə ediblər. Tramp tədarüklərdə mümkün gecikmələri yoxlamağa söz verib və kömək etməyə hazır olduğunu bildirib.
Nəşr yazıb ki, tərəflər həmçinin hava hücumundan müdafiə və digər silah növləri ilə bağlı məsələləri müzakirə etmək üçün ABŞ və Ukrayna nümayəndələrinin görüşünə razılaşıblar.
Bundan əvvəl Zelenski amerikalı həmkarı ilə bu məsələni müzakirə etdiyini qeyd edib.