Almaniya kansleri Fridrix Merts və ABŞ prezidenti Donald Tramp Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə ediblər, lakin məsələ ilə bağlı konkret razılıq əldə olunmayıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Der Spiegel” yazıb.
Məlumatda bildirilib ki, Berlin Kiyevə təhvil verilməsi üçün Amerikanın “Patriot” zenit sistemlərinin alınmasını maliyyələşdirməyə hazırdır, lakin Vaşinqton hələlik dəqiq cavab verməyib.
Jurnalın yazdığına görə, Tramp Mertslə söhbətində Ukraynaya silah ötürülməsi ilə bağlı heç bir öhdəlik götürməyib.
QAZİLER.AZ