Rusiya Ukrayna müharibəsində beynəlxalq aləmdə təcrid olunduqca, müttəfiq dairəsini genişləndirmək üçün yeni tərəfdaşlara yönəlir. Belə ölkələrdən biri də Cənub-Şərqi Asiyada yerləşən Laosdur.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Moskva artıq bu ölkə ilə hərbi əməkdaşlığı genişləndirməyə başlayıb.
Bildirilir ki, Rusiya–Laos əməkdaşlığı, ilk baxışdan əhəmiyyətsiz görünsə də, faktiki olaraq müəyyən real nəticələr verə bilər. Çünki Laos, Moskva ilə SSRİ dövründən bəri münasibətləri qoruyub saxlayan nadir ölkələrdən biridir və hazırda da Rusiya Federasiyası ilə sıx təmasdadır.
Laos Silahlı Qüvvələrinin təxminən 29 minlik şəxsi heyəti, azsaylı olsa da, Rusiya üçün potensial canlı qüvvə dəstəyi sayıla bilər. Ordunun arsenalında əsasən köhnə sovet istehsalı olan texnikalar yer alır. Məsələn:
Tanklar: 15 ədəd T‑54/T‑55 və 10 ədəd T‑72B1 “Ağ Qartal”,
Zirehli texnika: PT‑76, BMP‑1 və 50-dən çox zirehli personal daşıyıcı,
Aviasiya: Jak‑130, An‑26, Mi‑17, Z‑9A və SA‑360 tipli 30-a yaxın təyyarə və helikopter,
Zenit-raket sistemləri: S‑125, Strela‑10, “İqla” və “Şilka”.