AZ

Rusiya: Xarkov və Donetskdə iki yaşayış məntəqəsini ələ keçirdik

Rusiya:

Rusiya Müdafiə Nazirliyi, Ukraynanın Xarkov və Donetsk bölgələrində iki yaşayış məntəqəsini nəzarətə götürdüklərini açıqlayıb.

Xalqcebhesi.az xəbər verir ki, Nazirliyin yaydığı məlumatda, Rusiya Silahlı Qüvvələrinin Ukraynada apardığı əməliyyatlarla bağlı son vəziyyətə dair məlumat verilib.

Açıqlamada bildirilir ki, Rusiya qüvvələri cəbhə xəttində irəliləyir və Xarkov bölgəsində Sobolevka, Donetsk Xalq Respublikasında isə Poddubnoye yaşayış məntəqəsi nəzarətə götürülüb.

Bundan əlavə, gecə saatlarında Ukraynaya məxsus 120 pilotsuz uçuş aparatının (PUA) Rusiya ərazisi üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu da qeyd olunub.

Məryəm Quliyeva

Seçilən
5
4
xalqcebhesi.az

10Mənbələr