AZ

Moskva bu xəbərə sevinəcək: vaxt qoyuldu – 2 həftə…

“ABŞ-ın raket təchizatı olmadan Ukraynanın hava hücumundan müdafiə sistemləri bir və ya iki həftə ərzində fəaliyyətini dayandıracaq”.

Turkustan.az xəbər verir ki, bunu hərbi ekspert Tomas Teyner deyib.

“HIMARS” qurğuları sentyabr ayında yararsız hala düşəcək. Patriot olmasa, Kiyev məhvə məhkumdur”, – deyə o bildirib.

Ekspert əlavə edib ki, Ukraynanın xidmətində olan ABŞ-ın “Patriot” zenit-raket kompleksi məsələsində hər şey Rusiya qoşunlarının hücumundan asılı olacaq:

“Hədəflər çox olarsa, mövcud olan raket ehtiyatı bir-iki həftəyə tükənə bilər. Bu halda ölkə Moskvanın hücumları zamanı müdafiəsiz qalacaq”.

Qeyd edək ki, iyulun 2-də ABŞ Ukraynaya kritik Patriot ələ keçirmə sistemləri, zenit raketləri, dəqiq idarə olunan hərbi sursatlar və 155 mm-lik mərmilərin tədarükünü dayandırıb./Globalinfo.az

Seçilən
5
10
turkustan.az

10Mənbələr